"Nalbəndyan əvvəlki ampluasındadır. Mərhələli həll variantını dərhal paket variantı elədi. Görəsən görüşün digər iştirakçıları qarşısında yalanına görə utanacaqmı?".

Mia.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov "Feysbuk"dakı səhifəsində yazıb.

O, Ermənistanın xariuci işlər naziri Nalbandyanınn "Novruz Məmmədov heç bir danışıqlarda, o cümlədən Sank-Peterburq danışıqlarında iştirak etməyib. Son görüşdə o, ancaq naharda iştirak edib", - sözlərinə isə belə cavab verib: "Mənim görüşdə iştirakıma gəldikdə isə, bəs düz qarşımda oturan o (Nalbandyan -red.) deyildi?".

Novruz Məmmədov daha sonra Nalbandayana ismarıc göndərib: "Cənab nazir, yalan-yalan, bu, lap ağ eləmək oldu axı".

 Qeyd edək ki, Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bu gün açıqlama verərək, Sank-Peterburqda Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunduğunu bildirib:

"Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibarilə razılığa gəldilər".

Mia.az