Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev dünən Nardarana gedib. Ölkə başçısıNardaran sakinləri iləgörüş zamanı işıqpulu ilə bağlı maraqlı zarafat da edib.
Həmin dialoqu təqdim edirik:
Prezidentİlham Əliyev:Qaz, işıq, hər şey qaydasındadır?
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev:Hər şey qaydasındadır. Sərfiyyat 70 faiz aşağı düşüb. Tam ödəniş var. Çünki insanlara güzəşt olunur.
İlham Əliyev:Əvvəllər bir az ödəmirdilər. Bir az deyəndə yumşaq deyirəm.
Ağasəid Orucov: 42 milyon manat borc yığılmışdı.
Adil Vəliyev: Möhtərəm Prezident hamısını sildi.
İlham Əliyev: Onu sildik. Dedik ki, bunu silək, amma bundan sonra ödəyin.
Ağasəid Orucov:Daha olmayacaq. Çox sağ olun, təşəkkür edirik.
Adil Vəliyev: Sərfiyyat da 70 faiz aşağı düşüb. Qaz, su, işıq tam qaydasındadır.
Ağasəid Orucov: Çox yaxşıdır. Heç bir problem olmayacaq. Cənab Prezident, çıxışımda da qeyd etdim, həqiqətən bir problemimiz olmayıb. Daim işığımız, qazımız olub, çox sağ olun.