Daha bir qadın alverçisi tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Ofeliya Quliyeva gəlir əldə etmək məqsədi ilə qadınları xarici ölkəyə apararaq cinsi istismara məruz qoyduğu üçün yaxalanıb. DİN-in İnsan Alverinə Qarşı mübarizə İdarəsinin əməkdaşlarının yaxaladığı Ofeliya Quliyeva qadınları cinsi istismara məruz qoyması faktı ilə əlaqədar Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinə aparırmış.