FHN Azərbaycanın zimal bölgəsində baz vermiz torpaq sürüzməsi ilə bağlı açıqlama yayıb
Azərbaycan Fövqəladə Hallar Nazirliyi ölkənin şimal bölgəsində baş vermiş torpaq sürüşməsi ilə bağlı açıqlama yayıb. FHN-in mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, respublikanın şimal bölgəsində torpaq sürüşməsinə meylli sahələr 2010-cu ilin aprel ayının əvvəllərində yağıntılar nəticəsində fəallaşıb.
Nəticədə Qusar rayonu, Urva kəndində torpaq sürüşməsi, təxminən, uzunluğu 100-120 metr, qırılma qaşının hündürlüyü 2,0-3,0 metr, sürüşmənin hərəkət istiqaməti yamac istiqamətində 100-150 metr aşağıya doğru çatlarla müşahidə olunur.
Quba rayonu, Güləzi kəndində isə sürüşmə sahələrinin uzunluğu 800-1000 metr, eni 250-300 metr, qırılma qaşının hündürlüyü 0,3-0,5 metr, əmələ gəlmiş çatların eni 0,5-1,0 metr, dərinliyi isə 1,0-2,0 metr təşkil edir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08