Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə rəis təyin edilib.

Mia.az apa-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Şahin Nəbiyev Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.