Bu gün səhər saatlarında Bakının mərkəzində intihara cəhd olub.

Mia.az lent.az-a istinadən xəbər verir ki, Bakı Metropoliteninin "İçərişəhər” stansiyasının yaxınlığında, Filarmoniya bağında şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.
O, xəstəxanaya yerləşdirilib. Özünü yandıran şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.


*** 

Bu gün səhər saatlarında Bakının mərkəzində, Filarmoniya bağında üstünə benzin tökərək özünü öldürən şəxs vəfat edib.Lent.az-ın məlumatına görə, 40-45 yaşlı həmin şəxsin xəsarətləri ağır olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. İntihar edən şəxsin kimliyini müəyyənləşdirmək hələlik mümkün olmayıb. Araşdırmalar davam etdirilir.