Zərdab rayonu səhiyyə şöbəsinin müdiri Füzuli Abdullayev ürək tutmasından vəfat edib. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən səhiyyə şöbəsinin müdir müavini Adil Rəhimov deyib ki, F.Abdullayev yaşadıçı Məmmədqasımlı kəndində martın 14-də saat 12.00 radələrində dünyasını dəyişib. Rayon sakinlərinin verdiyi məlumata görə, bir müddət əvvəl icra başçısının keçirdiyi iclas zamanı başçı ilə F.Məmmədov arasında gərginlik yaranıb və bu səbəbdən də onun ürəyi tutub. A.Rəhimov isə belə bir münaqişənin yaranmasından xəbərsiz olduğunu bildirib.