Sumqayıtda orta məktəbdə ölüm hadisəsi baş verib. Müstəqil Informasiya Agentliyinin yerli müxbirinin verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında 13 saylı orta məktəbdə baş verib. Verilən məlumata görə, sözügedən məktəbdə xadimə işləyən, Atlas Mirzəyeva işdə olarkən dünyasını dəyişib. Məktəbdə çalışanların bildirdiyinə görə, xadimə ürək tutmasından dünyasını dəyişib. Sumqayıt şəhər Prokurorluğundan verilən məlumata görə, fatkla bağlı araşdırma aparılır.