Azərbaycan prezidenti İlham Əliyev Belçika kralı Əlahəzrət II Albertə başsağlığı məktubu göndərib. Başsağlığı məktubunda qeyd edilir: Əlahəzrət, Brüssel şəhəri yaxınlığında baş vermiş ağır dəmir yolu qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi. Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram?.