Azərbaycan Ordusunun əsgəri dünyasını dəyizib
Azərbaycan Ordusunun bir əsgəri dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, Daşkəsən-Gədəbəy istiqamətində yerləşən ?N? saylı hərbi hissənin əsgəri - 1976-cı il təvəllüdlü əsgər Cəfərov Yaşar Nemət oğlu ürək çatışmazlığından dünyasını dəyişib. Belə ki, o, yanvarın 3-dən 4-nə keçən gecə saat 23.30-da özünü pis hiss etdiyini bildirib. Tibb məntəqəsinə çatdırılan hərbçi gecə saat 00.25 radələrində vəfat edib.
Qeyd edək ki, Yaşar Cəfərov 2009-cu ilin oktyabr ayında Qaradağ rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08