Bu gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
 
Mia.az Tarif Şurasına istinadən xəbər verir ki, iclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 300-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib:

"Ümumilikdə, indiyədək ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10713 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq olunub.
 
Dərman vasitələrinin təsdiq edilmiş topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixləri göstərilməklə tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) "Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib".