Azərbaycan keçirilən bələdiyyə seçkilərində adı seçici siyahısında olan seçicilərin artıq 16.79 faizi səsvermədə iştirak edib. MSK-nın ?Seçkilər? İnformasiya Mərkəzinin rəhbəri Ramin Hüseynovun verdiyi məlumata görə, 12.00-a qədər 770 min 250 seçici səs verib. Qeyd edək ki, bələdiyyə seçkiləri ilə bağlı seçici siyahılarında ümumilikdə 4 milyon 588 min 728 seçici var.