Dekabrın 23-ü - Bələdiyyə seçkisi günü iz olmayacaq
Azərbaycan Seçki Məcəlləsinə əsasən, bu il dekabrın 23-ü iş günü hesab olunmayacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir. Dekabrın 23-də Azərbaycanda bələdiyyə seçkiləri keçirildiyindən, ölkə ərazisində qeyri-iş günü olacaq.
Xatırladaq ki, dekabrın 23-də keçiriləcək seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08