Baz nazir Artur Rasizadənin sədirliyi ilə Dövlət Neft Fondunun Müzahidə Şurasının iclası keçirilib
2009-cu il dekabrın 11-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Dövlət Neft Fondunun mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, Azərbaycan Respublikasının baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Dövlət Neft Fondunun 2010-cu il üçün büdcə layihəsi müzakirə olunub.
İclasda Müşahidə Şurası tərəfindən Dövlət Neft Fondunun 2010-cu il üçün büdcə layihəsinə, o cümlədən Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərə dair Fondun İcraçı Direktoru tərəfindən təqdim edilmiş məlumatlara baxılaraq, Dövlət Neft Fondunun 2010-cu il büdcəsinin gəlirlərinin 5 963 126,7 min manat, xərclərinin 5 428 431,2 min manat, o cümlədən Fondun idarə edilməsi ilə bağlı xərclərinin 33 431,2 min manat məbləğində müəyyən edilməsi məqsədəuyğun sayılmış, müvafiq olaraq Fondun 2010-cu il büdcə layihəsi, o cümlədən Neft Fondunun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri (investisiya siyasəti daxil olmaqla) və Neft Fondunun idarə edilməsi ilə bağlı illik xərclər smetasının layihələri məqbul hesab edilərək təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunması tövsiyə edilmişdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08