2009-cu il dekabrın 23-nə təyin edilmiş Azərbaycan Respublikasında bələdiyyə seçkiləri ilə bağlı bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması prosesi davam edir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, bu günə kimi Respublika üzrə 31 062 nəfərin namizədliyi qeydə alınmışdır. Qeydə alınmış namizədlərin 15 608 nəfəri ali təhsilli şəxslərdir. Namizədliyi qeydə alınmış şəxslərin 6150-si qadınlardır. Namizədlikəri qeydə alınan şəxslərdən 10 960 nəfəri bitərəfləri, digərləri isə 30 siyasi partiyanı əhatə edirlər. 18 siyasi partiyanın irəli sürdüyü namizədlər DSK-lar tərəfindən qeydə alınıb. Namizədlərin qeydə alınması 23 noyabr saat 18.00-da başa çatır. Xatrıladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir. Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) müraciət etməklə bələdiyyə üzvülüyünə namziədlərin irəli sürülməsi və qeydiyyatı barədə ətraflı məlumat əldə etmək mümkündür.