Milli Məclis bu gün Azərbaycan Respublikasının ?2010-cu ilin dövlət büdcəsi haqqında? qanun layihəsi ilə bağlı dörd günlük müzakirələri yekunlaşdırıb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, MM-in plenar iclaslarında ?2010-cu ilin dövlət büdcəsi haqqında? qanun layihəsinin müzakirəsi yekunlaşandan sonra parlament deputatların təkliflərinin nəzərə alınması üçün hökumətə 10 gün vaxt verib. Bu müddətdən sonra Milli Məclis qanin layihəsini təsdiqləyəcək. Xatırladaq ki, 2010-cu ilin dövlət büdcəsinin gəlirləri 10 milyard 15 milyon manat, xərcləri isə 11 milyard 264 milyon manat proqnozlaşdırılıb.