Dünən Kliniki Toksikologiya Şöbəsinə bir nəfər qara qurd və bir nəfər əqrəb sancması ilə müraciət edib. Bu barədə məlumatı Müstəqil İnformasiya Agentliyinə Kliniki Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov verib. Müracət edənlərin adlarını açıqlamayan şöbə müdiri, xəstələrdən birinin Xacmaz rayon sakini, digərinin isə Yasamal rayon sakini olduğunu bildirib. Onun sözlərinə görə, hər iki xəstəyə tibbi yardım göstərilib və hazırda vəziyyətləri yaxşıdır.