Müsavatçı gənclər Təhsil Nazirliyinin qarzısında mitinq keçirəcək
Bu gün Müsavat Gənclər Təşkilatı Bakı Şəhər İcra Hakimiyyətinə iyulun 6-da Təhsil Nazirliyinin qarşısında ?Şəffaf!?, ?Korrupsiyasız təhsil!? və ?Rüşvət tələsinə son qoyulsun!? şüarları ilə mitinq keçirməklə bağlı müraciət edib.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə Müsavat Gənclər Təşkilatından məlumat verilib. Aksiyanın keçirilməsinə məqsəd Təhsil Nazirliyinin iyunun 16-da qeyri-şəffaf, korrupsiya faktları və pozğunluqla müşayiət olunan, 20 minə yaxın şagirdin gələcəyini sual altında qoyan qeyri-peşəkar keçirilən ?attestat imtahanı?nın nəticələrindən narazı qalan şagird və valideynlərin etiraz aksiyasını qanuni və sivil şəkildə təşkil etməkdir.
Müsavatçı gənclər rüşvət sisteminin qurbanı olan şagird və valideynləri bu aksiyada fəal iştirak etməyə çağırıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08