Səbail bələdiyyəsinin sədrinə qarzı cinayət izi bazlandı
[b]O, vəzifə səlahiyyətlərini aşmaqda və saxtakarlıqda ittiham olunur[/b]
Son günlər Səbail bələdiyyəsi ilə bağlı yayılan məlumatlar artıq rəsmi təsdiqini tapmaqdadır. Baş Prokurorluğun Mətbuat Xidmətinin yaydığı məlumatda bələdiyyə sədrinin cinayət məsuliyyətinə cəlb olunduğunu təsdiqlənib. Mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Müstəqil İnformasiya Agentliyinə verdiyi məlumata görə, Səbail bələdiyyəsinin sədri Hüseynov Əhməd Həsən oğlu barəsində 23 iyun 2009-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb. İş üzrə istintaq qrupu yaradılaraq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən istintaq aparılır. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08