Türkiyə Ermənistanla sərhədləri açır
[b]Ermənistanın xarici işlər naziri sərhədlərin açılması məsələsində razılığa gəlindiyini bəyan edib[/b]
Ermənistan Xarici işlər naziri Nalbandyan, "Türkiyə ilə sərhədlərin şərtsiz olaraq açılması istiqamətində razılaşmaya gəlmişik. Türkiyədən praktiki addımları atmasını gözləyirik" şəklində açıqlama verib. Müstəqil İnformasiya Agentliyi Türkiyənin ?Hürriyyət? qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, Nalbandyan, İrəvana səfərə gələn Yunanıstan Xarici işlər naziri və AGİT Dövlət başçısı Dora Bakoyanni ilə təşkil etdiyi ortaq mətbuat konfransında sualları cavablarkən Türkiyə ilə dialoqu məsələsi ilə bağlı "ciddi müzakirələr"i başladıqlarını ifadə edib.
Türkiyənin köhnədən Qarabağ və "Erməni soyqırımı"na bağlı ön şərtlər qoyduğunu deyən Nalbandyan, əlaqələrin yaxşılaşdırılması və sərhədlərin açılması mövzusunda tənzimləmələrin edildiyini də vurğulayıb.
Erməni mətbuatına görə, Nalbandyan, Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlunun son şərhlərini müsbət qarşıladığını ifadə edərək "Həmkarımı, şərhlərindən ötəri salamlayıram. Türkiyə ilə iki ölkə arasındakı sərhədləri şərtsiz olaraq açma istiqamətində razılığa gəldik Ankara gəlinən razılaşmaların tətbiqinə gəlincə, Türkiyədən praktik addımları atmasını gözləyirik",- deyib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08