Şəki şəhərində, fərdi yaşayış evinin həyətində qazıntı işləri aparılarkən torpaq uçqunu baş verib. Fövqəladə Hallar Nazirliyi ictimaiyyətlə əlaqələr şöbəsindən Müstəqil İnformasia Agentliyinə verilən məlumata görə, hadisənin baş verməsinə Şəki sakini Ziya Qasım oğlu Məmmədovun həyətində qazılan dərin quyunun divarlarının uçmusı səbəb olub. Nəticədə həmin vaxt quyuda olan ev sahibi, 1951-ci il təvəllüdlü Ziya Məmmədov və ona qazıntı işlərində kömək edən 1961-ci il təvəllüdlü Qaffar Baxşəli oğlu Nağıyev uçqunun altında qalaraq həlak olublar. Hadisə yerində daha bir fəhlə xəsarət alıb. Hadisə yerinə çağırılan FHN-nin xilasediciləri quyudakı cəsədləri və yaralanan şəxsi çıxarıblar.