Misir Mərdanov attestat satanların qanun qarzısında cavab verəcəyini deyib
"Bu il orta ümumtəhsil məktəblərində keçirilən buraxlış imtahanlarının nəticəsi ötən ilkindən yüksəkdir". Bu sözləri təhsil naziri Misir Mərdanov jurnalistərə açıqlamasında deyib. Nazir bildirib ki, iyunun 3-dən 16-dək respublikanın orta ümümtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinin 8 fənn üzrə mərkəzləşdirilmiş qaydada keçirilən imtahanlarında 99 min 630 şagirddən 96 min 595 nəfəri iştirak edib. M.Məgrdanov nəticələri qənaətbəxş hesab edib.
Təhsil naziri Goranboy rayon təhsil şöbəsinin müdirinin və bir neçə məktəb direktorunun saxlanması barədə məsələyə də münasibət bildrib: ?Mən bu barədə mətbuatdan oxumuşam. Orada buraxılış imtahanları, attestat verilməsi üçün valideynlərdən pul toplanması və təhsil şöbəsinin müdirinin seyfində doldurulmamış boş attestatlar, şəhadətnamələr olduğu bildirilirdi. Təhsil sahəsində baş verən və baş verə biləcək korrupsiya tipli hadisələrə qarşı Təhsil Nazirliyi məsuliyyətlə yanaşır. Bir neçə ay əvvəl Baş Prokurorluğun Korrupsiya İdarəsinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə böyük tədbir də keçirilib. Bu işlərlə bağlı respublikasının hüquq-mühafizə orqanları ilə birgə mübarizə aparırıq. Əgər kimsə öz seyfində boş təhsil sənədi saxlayırsa bu cinayətdir. Biz bunu birmənalı şəkildə bildirmişik və bildirəcəyik. Kim valideynlərdən pul alıbsa, attestat veriləcəyini vəd edibsə, o qanun qarşısında cavab verməlidir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08