"ANN TV"nin əməkdaşı Rasim Aliyev "Qəbələ"nin futbolçusu Cavid Hüseynovun qohumları tərəfindən döyülüb. 

Mia.az хəbər verir ki, buna səbəb onun "Facebook"da futbolçunu tənqid etməsi olub.

Belə ki, Cənubi Kiprin "Apollon" klubu ilə oyundan sonra Rasim Əliyev Cavid Hüseynovun hərəkətini tənqid edən status yazıb. Bu gün futbolçunun qohumları tərəfindən döyülərək ağır bədən xəsarəti alan jurnalist 1 saylı Şəhər (Semaşko) Kliniki Xəstəxanasına yerləşdirilib. Onun 4 qabırğasının sındığı, sol qulağının isə eşitmədiyi bildirilir... 

Həmkarımıza Allahdan şəfa diləyirik! 

Mia.az