Laçın rayon İcra Hakimiyyətinin başçısı Akif Səlimovun oğlu haqda maraqlı iddia yayılıb.
Avrasiya.net A.Səlimovun kişik oğlu Sənan Səlimovun qanunla qadağan edilən ərazidə qanunsuz ov etməsini əks etdirən fotolar əldə edib. Bu fotolardan da görünür ki, məmur balası bütün qanunları tapdalayaraq qadağan edilən ərazilərdə ov edir, özü də dostları ilə birlikdə.
Mia.az xəbər verir ki, saytın iddiasına görə, A.Səlimovun bu dövlətin nəzarətində olan ərazidə balıqçılıq təsərrüfatı və böyük mal-qara ferması da var.
Onu da qeyd edək ki, S.Səlimov Bakı Dövlət Yol Polisində çalışıb. İşdə yol verdiyi nöqsanlara görə kənarlaşdırlılıb. İndi boş vaxtlarını qanunsuz ov etməklə keçirir. Onun böyük biznes şəbəkəsinə rəhbərlik etdiyi də söylənilir. İstirahət etmək hər bir vətəndaşın borcudur. Amma baxır harada və necə. Amma torpaqlarından didərgin düşən on minlərlə laçınlının Taxtakörpü qəsəbəsində yayın istisindən, qlşın soyuğundan əziyyət çəkdiyi, problemlər içində çabaladığı bir dönəmdə icra başçısı oğlunun belə kef çəkməsi heç bir çərçivəyə sığmır.




