Maraqlıdır, Azərbaycanda yüksək post tutan vəzifə sahibləri məzuniyyət şanslarından istifadə edib istirahətə yollanacaqlarmı və onlar məzuniyyətlərini harada keçirəcəklər?
AzVision.az bu suala cavab tapmağa çalışıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovhələ istirahətə çıxmayıb. Nazirlikdən verilən məlumata görə, nazir hazırda iş başındadır.
Onun məzuniyyətə nə zaman çıxacağını isə yalnız özü bilir.
Zamanı bilinməsə də adətən iyul, avqust aylarında yay tətilinə çıxan nazir 15-20 gün məzuniyyət hüququndan istifadə edəcək.

Hər il məzuniyyət hüququndan istifadə edənmədəniyyət və turizm naziri Əbülfəs Qarayevhələ tətilə çıxmağa tələsmir. Yəqin ki, nazir istirahət hüququndan iyul, yaxud avqust aylarında istifadə edəcək.
İlk Avropa Oyunlarına görə, ciddi rejimdə çalışangənclər və idman naziri Azad Rəhimovhələ də var gücü ilə çalışır.
Onun nə zaman tətilə çıxacağı bəlli olmasa da, növbəti illərdəki tədbirlərə hazırlaşmaq üçün yəqin ki, nazir paytaxtdan uzaqlaşıb dincələcək.
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovhazırda xidməti vəzifəsini yerinə yetirir, hələ məzuniyyətə çıxmaq barədə düşünmür.
Jurnalistlərin zənglərinə şəxsən özü cavab verib, suallarını daim mehribanlıqla cavablandırankənd təsərrüfatı naziri Heydər Əsədovyayın isti günlərində iş başındadır.
Görünür, nazirlərimizin əksəriyyəti kimisəhiyyə naziri Oqtay Şirəliyevməzuniyətini çox güman ki, növbəti aylarda götürəcək. Nazir hazırda dincəlməyi düşünmür.
Bunutəhsil naziri Mikayıl Cabbarovada aid etmək olar. O da hazırda xidməti vəzifəsini yerinə yetirir və məzuniyyət hüququndan istifadə etməyib.
Energetika naziri Natiq Əliyevhər il yay tətilinə çıxsa da, bu il məzuniyyətə çıxmayıb.
O cümlədən,müdafiə sənayesi naziri Yavər Camalov, maliyyə naziri Samir Şərifov, vergilər naziri Şahin Mustafayevdə imkan edib məzuniyyətə çıxa bilməyən məmurlardandırlar və onlar hazırda iş başındadırlar.
Ədliyyə naziri Fikrət Məmmədovhəmkarlarından fərqli olaraq məzuniyyətə çıxmağı düşünür. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, ola bilsin ki, nazir bu ayın axrı istirahətə yollanacaq.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovunisə hələ məzuniyyət götürmək kimi niyyəti yoxdur.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və baş nazirin müavini Əli Həsənovhələ iş başındadır və bu il məzuniyyətə çıxmayıb.
Bunu AzVision.az-a komitənin mətbuat xidmətinin rəhbəri Elçin Qədimov bildirib. Onun sözlərinə görə, Əli Həsənovun nə zaman məzuniyyətə çıxacağı məlum deyil.