Fevralın 9-da informasiya agentliklərindən biri xəbər verib ki, Milli Məclisin sədri Oqtay Əsədovun günün ikinci yarısında infarkt diaqnozu ilə Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Mia.az-ın məlumatına görə, bu barədə MM-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu xəbər həqiqətə uyğun deyil: "Milli Məclisin Sədri Oqtay Əsədovun səhhətində hər hansı bir problem yoxdur".