Qaradağ rayon İcra Hakimiyyəti rəhbəri, Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının icra komitəsinin üzvü Süleyman Mikayılov yeni vəzifəyə təyin edilib.
Federasiyadan Mia.az-a verilən məlumata görə, icra başçısı təşkilatın Baş Assambleyasının İtaliyada keçirilən iclasında Avropa Boks Konfederasiyasının (EUBC) İcra komitəsinin tərkibinə seçilib.