Azərbaycanın daha bir rayonunda zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Mia.az-a bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla saat 08:00-da Bərdə stansiyasından 8 km cənub-qərbdə Bərdə ərazisində qeydə alınıb.
Dərinliyi 24 km, maqnitudası 3.2 olan zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, bu gün Siyəzəndə zəlzələ olub. Yeraltı təkanlar yerli vaxtla saat 03:57-də Altıağac stansiyasından 22 km şimal-şərqdə, Siyəzən ərazisində qeydə alınıb. Zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 44 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.