YAP Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) sədri Məhəmməd Məmmədovun baş direktoru olduğu "Aztelekom” İstehsalat Birliyi Azərbaycanda sensasion sayılacaq iddia ilə çıxış edib.
Bu barədə Mia.az-a daxil olan məlumata görə,
M.Məmmədovun baş direktoru oduğu "Aztelekom” İB "Bakcell LTD” MMC-yə qarşı
3.902.271.76 manat (Üç milyon doqquz yüz iki min iki yüz yetmiş bir manat
yetmiş altı qəpik) məbləğində iddia qaldırıb: "Səbəb "Bakcell”in "Aztelekom”un
ötürücüləri üzərindən apardığı trafik xərcləri ilə bağlı yaranmış borcun
bu günədək ödənilməməsidir. Buna görə də "Aztelekom” mobil şirkətə qarşı iddia qaldırıb. İşə artıq
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb”.
Mia.az xəbər verir ki, hazırda təxminən 4 milyonluq
məhkəmə çəkişməsi Bakı Apellyasiya Məhkəməsi tərəfindən araşdırılır: "Bakı
Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın icraatında olan iş üzrə
fevralın 10-da iclas keçirilib. Hakim prosesi fevralın 17-nə təxirə salıb”.
Məsələ ilə bağlı əlavə xəbərlərimiz olacaq.
Mia.az