Azərbaycan Respublikasını Daxili İşlər naziri Ramil Usubovun əmri ilə Bakı Metropoliteninə yeni polis rəisi təyin edilib.   

Mia.az Axar.az-a istinadən xəbər verir ki, əmrə əsasən Bakı Metropoliteninin yeni polis rəisi polkovnik Samir Hüseynov olub.

Qeyd edək ki, polkovnik Samir Hüseynov buna qədər Yasamal rayon Polis İdarəsi rəisinin köməkçisi vəzifəsində çalışıb.