Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva tutduğu vəzifəsindən kənarlaşdırılıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə məlumatı təsdiqləyib və bildirib ki, U.Tağıyevə öz xahişi ilə vəzifəsindən kənarlaşdırılıb.

Bu vəzifə baş hidroloq Asif Verdiyevə həvalə edilib.