Akademik Vasim Məmmədəliyev bu gün vəfat edib.
Mia.az xəbər verir ki, V.Məmmədəliyev 1942-ci il avqustun 27-də Bakıda anadan olub.
O akademik Ziya Bünyadov ilə sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə edib.
V.Məmmədəliyev 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adı ilə, 2002-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.
2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi fəxri adı ilə təltif edilən V.Məmmədəliyev BDU-da Ərəb Filologiyası kafedrasının müdiri, İlahiyyat fakültəsinin dekanı vəzifəsində çalışıb.
Allah rəhmət eləsin!