Mia.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi general – mayor Rafiq Abbasovu vəzifəsindən azad edilib. Bakı polisinin yeni rəisi vəzifəsinə isə MCQMİ-nin rəisi general-mayor Mirqafar Seyidov təyinat alıb.
Məlumata görə, R. Abbasov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə rəis təyin olunub. Lakin "Azinform.az" saytı DİN-dəki mötəbər mənbəyə əsaslanaraq Rafiq Abbasovla bağlı xəbəri təkzib edib.
Mia.az bildirir ki, sözügedən saytın məlumatına görə, «Bandotdel»in rəisi Mirqafar Seyidovun Bakı Şəhər Baş Polis İdarəsinə rəis təyin olunması dəqiqdir, ancaq «Bandotdel»in yeni rəisi Rafiq Abbasov deyil.
Belə ki, Quba Rayon Polis Şöbəsinin rəisi Seyfulla Əzimov Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi təyin olunub.
Qeyd edək ki, R. Abbasov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır.
Son yayılan məlumata görə, Rafiq Abbasov Kadrlar İdarəsinə rəis təyin olunub.