Azərbaycan Milli Elmlər Akademiyasında kadr təyinatları həyata keçirilib.
Bu barədə AMEA Rəyasət Heyətinin bugünkü iclasında məlumat verilib. İclasda bəyan olunub ki, kimya üzrə fəlsəfə doktoru Məlik Dəmirov AMEA-nın Təcrübə-Sənaye Zavodunun baş mühəndisi vəzifəsinə təyin olunub. Kimya elmləri doktoru Mirzə Mövsümzadə AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi işlər üzrə direktor müavini, kimya üzrə fəlsəfə doktoru Mehbarə Səfərova AMEA-nın akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun elmi katibi, AMEA-nın müxbir üzvü Pənah Muradov AMEA-nın Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə fəlsəfə doktoru Fəridə Qəhrəmanova AMEA-nın Mikrobiologiya İnstitutunun elmi katibi vəzifəsinə təyinat alıb.
Tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlıya da AMEA-da vəzifə verilib. O, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru vəzifəsinə təyinat alıb.