"Bu gün Rusiya ordusu müxtəlif bombalardan, o cümlədən qitələrarası ballistik raketdən istifadə etməklıə, ölkəımizə zərbələr endirib"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri açıqlama verib.

Bildirilib ki, Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Dnepr şəhərinə hava hücumu həyata keçirib: "Rusiya Həştərxan vilayətindən atılan qitələrarası ballistik raketlə yanaşı, “MiQ-31K” döyüş təyyarəsindən atılan “Kh-47M2 Kinjal” hipersonik raketi ilə, həmçinin “Tu-95MS” strateji bombardmançı təyyarəsindən atılan “KH-101” qanadlı raketlərlə Dnepr şəhərindəki sənaye sahələri və kritik infrastrukturı sıradan çıxarıb". 

Xəbərdə qeyd olunub ki, hücumlar səbəbindən Dnepr daxil olmaqla, ətraf bölgələrdə, o cümlədən Kiyevin bir hissəsində elektrik enerjisi kəsilib.

Zülfiyyə Mustafayeva
MİA.AZ