ABŞ prezidenti CoBayden İsrailin Baş naziri Benyamin Netanyahu barədə Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) dünən çıxardığı həbs qərarını "utançverici" adlandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, daha sonra bu qərarın ABŞ tərəfindən icra olunmayacağını vurğulayıb.

Bayden əlavə edib ki, sonadək İsrailin yanında olacaqlar: "Bu rüsvayçı qərara baxmayaraq, İsrail və Həması bərabər tutmaq olmaz. Biz İsrailin təhlükəsizliyini təhdid edənlərə qarşıyıq və onları dəstəkləməkdə davam edəcəyik. ABŞ həmişə İsrailin yanında olacaq".

Qeyd edək ki, Netanyahu da BCM-nin hökmü ilə barədə danışıb. O, qərarı qərəzli sayılb və bildirib ki, İsrail ordusu mülki şəxsləri qorumaq üçün daim diqqətli davranıb.

Baş nazir daha sonra bildirib ki, qərar onu dayandıra billməz: "Biz məqsədimizə çatana qədər davam edəcəyik".

Lamiyə Əhmədli

MİA.AZ