Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Van Kültür Yolu Festivalında müğənni Bengünün sözləri başına bəla olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məşhur müğənni Bengü səhnədə ilk ifaya keçməzdən əvvəl çıxış edib.

O bildirib ki, Vanda ilk dəfə konsert verdiyi üçün xoşbəxtdir: "Uzun müddətdir heç bu qədər həyəcanlı olmamışdım, özüm ürəyim dayanacaq kimi hiss etdi. Həmişə Vana gəlmək istəyirdim, amma bu günə qismət oldu. Belə gözəl bir festival təşkil etdiyi üçün Mədəniyyət və Turizm Nazirliyimizə təşəkkür edirəm. Sizlərlə bir arada çox gözəldir..."

Bundan sonra sevilən mahılarını ifa edən Bengü alqışlanıb. Lakin konsertinin sonunda gözlənilməz hadisə baş verib.

Məlumata görə, o, mahnılarını oxuduqdan sonra “Nə mutlu türkəm deyənə" sözləri ilə bir anda ortalığı qarışdırıb: "İzləyicilər bu sözdən dəırhal sonra əllərindəki su butulkalarını ona fırlatmağa başlayıblar. Təhlükəsizlik qüvvələri müğənnini çətinliklə ordadan uzaqlaşdıra bilib".

Maraqlıdır ki, Bengü Vandakı konsertindən kadrları İnstaqram hesabında paylaşsa da, qeyd edilən fakta toxunmayıb.

Xatırladaq ki, Van kürd əsilli insanların daha çox yaşadığı şəhərdir. 

Ləman

MİA.AZ