"Avroviziya-2026" mahnı müsabiqəsində iştirakçıların çıxış üzrə bölgüsü məlum olub.
"Report" müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi JIVA mayın 14-də baş tutacaq ikinci yarımfinal mərhələsində 2 nömrə altında çıxış edəcək.
Məlumat üçün bildirək ki, təmsilçimizimizin ifa etdiyi mahnı "Just Go" adlanır.
Mahnının söz və musiqisinin müəllifi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadovdur.