Türk pop musiqisinin tanınmış simalarından müğənni Serdar Ortaç son açıqlaması ilə gündəmə gəlib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, pərstişkarlarına müraciət edərək, yaxın vaxtlarda həyatla vidalaşacağını iddia edib.
Məşhur sənətçi ölümündən sonra sevənlərindən onun mahnılarını yaşatmalarını xahiş edib: "Söz verin, mahnılarımızı yaşadın. Mən sağikən o mahnılarıma klip çəkmədilər, onları heç kimlə paylaşmadılar. Sənət həyatında çətin dövrlər keçirdim. Çox adam məni yıxmaq istədi, bunun üçün əllərindən gələni etdilər, amma mən hələ də ayaqdayam, 35 il keçdi, yıxa bilmədilər. Artıq bilirəm, tezliklə öləcəyəm, bunları hamı ilə paylaşın…”.
Xatırladaq ki, Serdar Ortaç 16 fevral 1970-ci ildə İstanbulda anadan olub.
Ləman
MİA.AZ