"Yalı Şapkını" serialının məşhur aktrisası Afra Saraçoğlu uşaqikən onu tərk edən atası Uğur Saraçoğlunu bağışlayıb. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, bir neçə gün əvvəl ABŞ-a gedərəkorada yaşayan atası ilıə görüşüb.

Ata-bala sosial media hesablaından birgə fotolarını da paylaşıblar.

Xatırladaq daha əvvəl atası haqqında "Anamla atam mən çox gəncikən ayrılıblar. Atamla iki dəfə 9 və 13 yaşlarımda görüşdüm, amma bir daha ondan xəbər almadım" deyən gözəl aktrisa onu bağışlamaq niyyətində olmadığını demişdi.

Ləman

MİA.AZ