Məşhur komediya ustası, eyni zamanda, öz verilişinin aparıcı olan Hasan Can Kaya saxlanılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, dünən universitetlərin birinin məzun gecəsində anış olduğu 23 yaşlı qızı evinə gətirib.
Türkiyə mətbuatı yazır ki, evində o, qızla cinsi əlaqədə olmağa can atıb. Lakin qız buna imkan verməyib: "Qız rəfiqlərinin birinə mesaj ataraq Hasan Can Kayanın evindıə olduğunu və zorla burada saxlanıldığını, aparıcını ona narkotik maddə verib, zorlamağa çalışdığını iddia edib....".
Məlumata görə, gecə saat 4 radələrində polis Hasan Can Kayanın İstanbulun Leventdəki evinə gəlib: "Burada qızın ondan şikayətçi olmasına görə, o, polisə aparılıb. Lakin qız polisdə müəmmalı şəkildə şikayətindən imtina edib. Bu səbəbdən ifadəsi alınan Hasan Can Kaya sərbəst buraxılıb...".
Hasan Can Kaya olayın mediaya sızmasından sonra sosiel media hessabında sərt açıqlama verib. O, haqqındakı xəbəri yalanlayaraq, məhkəməyə üz tutacağını bildirib.
Ləman
MİA.AZ