Bir vaxtlar ailələri ilə sənət adamlarına örnək olan, lakin 2016-cı ildə yollarını ayırmağa qərar verən, 2019-da isə rəsmən boşanan Ancelina Coli ilə Bred Pitt arasında "atışma" yenidən başlayıb.
Mia.az-ın xarici mətbuata istinadla məlumatına görə, indi aydın olub kik, cütlük ayrılsalar da, mal-mülk bölgüsü ilə bağlı aralarında rəsmi anlaşma olmayıb.
Bu səbəbdən Bred Pit Ancelina Colinin Fransada yerləşən "Chateau Miraval" adlı şərabxanasındakı payını satmasına indi mane olur: "O, keçmiş həyat yoldaşınınpayını satması üçün yazılı razılıq verməlidir. Lakin Bred Pitt nəinki razılıq sənədi verir, ümumiyətlə, bu barədə çağırışlara qulaqlarını pambıqla tıxayıb. Bu isə Ancelina Colinin köhnə palanı açıb-tökməsinə rəvac verib".
Məlumata görə, o, Bred Pittdən ayrılmasını həm özünün, həm də uşaqlarının döyülməsi ilə əalqələndirib: "O, hətta bir dəfə təyyarədə uşaqlarımızdan birini və məni camaatın içində vurub.. Bir sözlə, o, tez-tez bizi döyürdü...".
Xatırladaq ki, cütlüyün 4 uşağı var.
Ləman
MİA.AZ