Gökay Kalaycıoğlunun təqdimatında "Haberler.com"un YouTube kanalında yayımlanan "Haber Bahane" proqramının bu həftəki qonağı olan Mahmut Tuncerin müğənni olan qızı Gizem Tuncer şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Mia.az Haberler.com-a istinadla xəbər verir ki, o, şəxsi həyatı ilə bağlı suala cavabda maddi gücü olmayan kişi ilə evlənməsinin mümkün olmadığını deyib.

O, aparıcının "Siz bir dəfə demisiniz ki, pulsuz adam yararsız adamdır. Bu fikrinizdə qalırsınız?" sualına belıə cavab verib: "Çulsuz adam mənilik deyil, qəti eləsinə ərə getmərəm. Əgər kişinin cibinə cib pulu qoysam, ona əsla hörmət edə bilmərəm. Məncə heç bir qadın hörmət eləməz. Çünki  cibxərcliyi qoyduğumuz hər bir insanı idarə etməyə haqqın yaranır o zaman. Mən isə azadam, o səbəbdən məni azad, maddi aslılığı olmayan kişilər özünə cəlb edə bilər. Ona görə də deyirəm ki, pulsuz adam mənimçün çulsuz sayılır. Hətta atasının şirkətlərini özünün kimi göstərən kişilər də mənlik deyil. Mən demirəm ki, secdiyim adamın qayıqları və ya yaxtaları olsun. Sadəcə, o, mənim dəngimdə olmalıdır. Başqa necə həyatlaır birləşdirmək olar ki?!".

Müğənninin sözlərinə görə, zövqünə uyğun olmayan biri ilə həyatını birləşdirə bilməz: "Mən yanımda sınmış, çulsuz adam istəmərəm. Cibinə pul qoya bildiyim birini istəmirəm. Hə, varlı biri də gəlib cibimə pul qoya bilməz.Mən Mahmud Tuncerin qızı olmasaydım, yenə də dəngim olanla yola çıxardım. Çünki sevgi zamanla yox olur və maddi durum önə çıxır. Bu vəziyyəti bacımda da gördüm...".

Müğənni qeyd edib ki,  indiyə qədər kiməsə restoranda hesabını ödəməyə belə imkan yaratmayıb: "Heç kimə hesabımı ödəməyə icazə vermirəm. Bütün hesablarımı özüm ödəyirəm. Pulum yoxdursa, zatən, restorana getmərəm də...".

Ləman

MİA.AZ