Türkiyənin voleybol üzrə millisinin üzvü Ebrar Karakurt barda dava salıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, millini üzvü Ebrar Karakurtla müğənni Melsum Erdost arasında gecə klubunda xoşagəlməz anlar yaşanıb. 

İddialara görə, sərxoş olan Karakurt səhnəyə çıxıb, rəqs etdikdən sonra mikrafonu müğənninin  əlindən zorla alıb. Bu zaman yaranan dartışmada müğənninin dodaqları partlayıb.

Məlumata görə, bundan sonra hadisəyə müdaxilə edən mühafizəçilər Karakurtu məkandan çıxarıblar.

Türkiyə Qadın Milli Voleybol Komandasının futbolçusu Ebrar Karakakurt haqqında səsləndirilən iddialar "blogyagmur" adlı sosial media istifadəçisi tərəfindən yayılıb.

Müğənni Melsum Erdost onun paylaşımını səhifəsində yayaraq, xəbəri təsdiqləyib.

Həmin açıqlamanı aşağıda olduğu kimi təqdim edirik:

Ləman

MİA.AZ