73 yaşlı Necmettin bəy "Show TV"də yayımlanan Didem Arslan Yılmazla "Vazkeçmə" verilişində özündən 30 yaş kiçik sevgilisi Sevil xanım tərəfindən aldadıldığını deyib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, efirdə canlı yayımda sevgilisi ilə qarşılaşan qoca sensasiyalı iddialar irəli sürüb. O, 43 yaşlı Sevil xanımla dini nikahda olduğunu, lakin aldadıldığını bildirib: "Bu qadın "zəngin adam ovçusu"dur. Bunun gözəllik salonu var. Müştərilərinin intim yerlərinin fotolarını çəkərək mənə göndərirdi...".
Bu yerdə tərəflər arasında mübahisə daha da böyüyüb. Aparıcı isə üzünü Sevilə çevrirərək "Mən çirkin idida iilə bağlı buradan Başakşehir polisinə səslənirım, araşdırınbu iddianı. Əgər düzgün adamsınızsa, təmiz çıxarsanız bu ittihamın altında. Yoxsa, cəzanızı alarsınız", - deyib.
Sevilin qocanı yalan danışmaqda ittiham etməsi isə canlı yayımda gərginliyin fitilini çəkib.
Əsəbdən dəliyə dönən 73 yaşlı qoca üzt-başını cırmağa başlayıb. Aparıcı onu birtəhər sakitləşdirməyə çalışsa da, nail ola bilməyib və efirə ara verilib.
Ləman
MİA.AZ