Hazırda Kıvanç Tatlıtuğla Show TV-də yayımlanan "Ailə" serialında rol alan Serenay Sarıkayanın dünən axşam keçirilən "İlin Ulduzları" Mükafat Mərasimindəki davranışı müzakirəyə səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, "neflix"də yayımlanan "Şahmaran" serialına görə "ilin ən yaxşı qadın oyunçusu" mükafatını qazanan aktrisa coşğuyla mikrofon qarşısına keçərək "Yenə mən, yenə mən, yenə mən" qışqırıb.

Onun həm bu bağırması, həm də geym tərzi diqqətdən qaçmayıb və sosial medianın Türkiyə seqmentində geniş müzakirə yaardıb.

Serenay Sarıkaya isə deyib: "Xoşbəxtəm, "Ailə" serialı bitmək üzrəykən belə bir mükafata layiq görülmək xoşdur".

Ləman

MİA.AZ