"Elza Seyidcahan məndən üzr istədi. Onun əlini sıxdım və aramızdakı mübahisəyə nöqtə qoydum".
Mia.az xəbər verir ki, bunu AzVision.az-a Xalq artisti Flora Kərimova Əməkdar artist Elza Seyidcahanla ötən gün yaşadığı qalmaqladan danışarkən deyib.
Müğənni bildirib ki, bununla da məsələ bağlanıb.
"Elza xanım üzr istədi və bu söhbətə nöqtə qoyuldu. Elgiz bəy, jurnalist dostumuz və Elza xanımla restorana gedəcəyik. Hər insanın həyatında səhv olur. Adətən bağışlayan adam deyiləm. Amma istedadlı adamı bağışlamaq Allahdan gəlir. Elza əlini uzatdı, mən də o əli sıxdım".
Qeyd edək ki, "Elgizlə izlə" verlişində xanımlar arasında gərginlik yaşanıb. Proqramda iştirak edən Xalq artisti Flora Kərimova Əməkdar artist Elza Seyidcahanın geyiminə irad bildirib və Əməkdar artist Aygün Bəylərin vida mərasiminə şlyapa ilə getməsini tənqid edib. Bundan sonra hər iki sənətçi arasında mübahisə düşüb. E. Seyidcahan Flora Kərimovaya onun geyiminə müdaxilə etməməsini bildirib. Mübahisə qızışdıqda isə o, əlindəki mikrofonu yerə çırparaq canlı efiri tərk edib.
Mia.az