Türkiyədə tanınmış müğənni Emirkan və xanımı övladlarının oxuduğu məktəbin qarşısında döyülüblər.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, uşaqlarını buraxmaq üçün getdikləri məktəbdə tanımadıqlaır qadın və onun mühafizəçisi tərəfindən parkinq yeri üstünə mübahisə ediblər.
Məlumata görə, mühabisə davaya çevrilib və mühafizəçi müğənniyə xəsarət yetirib. Nəticədə yıxılan müğənninin çiyni qırılılb.
Başına gələn hadisə barədə "instagram"da paylaşım edən Emirkan faktı təsiqləyib "Zəng edən, soruşan, mesaj göndərən hər kəsə sonsuz təşəkkürlər edirik...".
Emirkanın vəkili isə belə açıqlama yayıb: "Müvəkkilim Emirkan Yıldız və onun dəyərli həyat yoldaşı Serap Yıldız dərsdən sonra uşaqlarını götürərkən əvvəlcə təhqirlərə məruz qaldılar, sonra isə təcavüz edən xanımın mühafizəçisi tərəfindən döyülərək xəsaərt alıblar. Müvəkkilimin döyülməsi nəticəsində bədənində sınıq yaranıb və o, artıq çox ağır əməliyyat keçirib. Onun səhhəti hazırda yaxşıdır. Hörmətlə ictimaiyyətin nəzərinə çatdırırıq ki, baş verənlərlə bağlı prokurorluğa şikayət olunub".
Ləman
MİA.AZ