Tanınmış aparıcı və aktrisa Burcu Esmersoyun İsrailin mülki şəxslərin olduğu xəstəxananı bombalamasından sonra "İnstaqram" hesabında "İsrailin yanındayam" paylaşımını bəyənməsi etirazlarla qarşılanıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, etirazların artmasından vıə linç kampaniyasından sonra aparıcı səhifəsində yeni bir paylaşım edərək, İsraili dəstəkləmədiyini bəyan edib.
O, "İsrailin yanındayam" paylaşımını əsla bəyənmədiyini, bunu ofisdə iş yoldaşlarından birinin etdiyini deyib.
Aparıcı qeyd edir ki, hazırda onun kimliyini araşdırmaqla yanaşı, yeni açıqlama verməyi özünə borc bilir: "Çox kədərliyəm. Bu dəhşətli qırğına hər gün bacardığım qədər reaksiya verirəm. Bütün yaxşı niyyətli insanlar kimi mən də günlərdir parça-parça olmuşam. Bütün bunlardan kədərlənərkən bu səhər təhqirlərlə oyandım. Səbəbini uzun müddət anlaya bilmədim.
Təxmin etdiyiniz kimi ofisdəki həmkarlarımın da sosial media hesablarıma girişi var. Bu hadisədə kimin günahkar olduğunu öyrənməyə çalışıram, amma ilk növbədə vəziyyətlə bağlı sizə açıqlama vermək istədim. Bu, kimin daha həssas olduğuna dair bir yarışma deyil, bu, müharibədir.
Günahsız insanlar həlak olarkən, bu məsələ ilə bağlı bir daha açıqlama verməyə belə utanıram. İndi birləşmək, müharibənin bütün formalarını birlikdə pisləmək vaxtıdır. Hər kəsin həssas olduğunu bilirəm, amma qəzəbimizi yanlış kanallara yönəltmək əvəzinə, bu böyük fəlakətə son qoymaq üçün bütün dünyanı birləşməyə çağırmağın vaxtıdır. Məndən asılı olmayan səbəblərə görə ictimaiyyəti narahat etdiyim üçün məni bağışlayın”.
Maraqlı budur ki, aparıcı üzrxahlıq etsə də, onun izləyicilərinin çoxu bunu səmimi hesab etməyib.
Ləman
MİA.AZ