Avqustun 14-də yerli vaxtla saat 00:08-də Qubada rayonunda zəlzələ baş verib.

Mia.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,1 olan zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss olunmayıb.